12 oktyabr 2010 22:22
Rıdvan Dilmen: Ciddi nəticələr çıxardmalıyıq
Türkiyənin NTV telekanalının icmalçısı Rıdvan Dilmen AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Türkiyə oyunundan sonra (1:0) bilrdirdi ki, Azərbaycan yığması bu qələbəyə tam layiq idi. "Azərbaycan bu qələbəyə layiqdir. Bu Türkiyə futbolunda ən acı məğlubiyyətlərindən biridir. Demək olar ki, azərbaycanlılar hər bir amildə üstün idi. Biz hələ ki belə pis oynamamışıq. Ciddi nəticələr çıxardmalıyıq", - azerisport.az xəbər verir ki, bunu Dilmen dedi.
