12 oktyabr 2010 22:31
Hamit Altıntop: Nə baş verdiyini başa düşə bilmirəm
Türkiyə yığmasının yarımmüdafiəçisi Hamit Altıntop Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyundan sonra (0:1) öz fikirlərini bildirdi. "Bu məğlubiyyətdən sonra söz tapa bilmirəm. Nə baş verdiyini başa düşə bilmirəm. Azərbaycanı təbrik edirəm – onların əla komandası var. Rəqib də səhv buraxırdı. Hesab edirəm ki, bu böhrandan çıxmaq üçün biz birgə olmalıyıq", - azerisport.az xəbər verir ki, bunu Altıntop NTV telekanalına dedi.
