12 oktyabr 2010 22:33
Berti Foqts: Azərkeşlərə minnətdaram – bu əsl ev oyunu idi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə üzərində 1:0 hesablı əldə edilən qələbədən sonra öz fikirləri lə bölüşdü. "İndi Türkiyədə biləcəklər ki, dünyanın futbol xəritəsində Azərbaycan da var. Avstriya ilə oyunda fərqli olaraq, bu dəfəki görüşün sonluğunda bəxtimiz gətirdi. Azərkeşlərə minnətdaram – bu əsl ev oyunu idi. Lakin xahiş edirəm: oyunçularımı tərifləməyin!", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
