12 oktyabr 2010 22:49
Qus Hiddink: Bəzi oyunçular nə etmək lazım olduğunu bilmirdi
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan sonra (0:1) öz fikirləri ilə bölüşdü. "Biz çox çətin dövr yaşayırıq. Və Azərbaycanla oyun bunu bir daha sübut etdi. Bəzi oyunçular nə etmək lazım olduğunu bilmirdi. Mənim məşqçi karyeramda hələ belə olmayıb ki, yığma səviyyəsində dalbadal iki məğlubiyyətlə üzləşim. Bu ilk dəfə baş verdi", - azerisport.az xəbər verir ki, bunu Hiddink dedi.
