12 oktyabr 2010 22:54
Kamran Ağayev: Məğlub olsaydıq, o zaman Emre ilə davaşacaydım
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyundan sonra (1:0) bildirdi ki, rəqibin kapitanı Emre Belezoğlu ilə dava etmək niyyətində idi. "Evdə məğlub olmaq olmaz. Türkiyəyə yox, bizi görməyə gələn azərkeşlərə minnətdarlığımızı bildirirəm. Məğlub olsaydıq, o zaman Emre ilə davaşacaydım. O özünü çox aqressiv aparırdı. Nə olsun ki, o "Inter"-də oynayıb, mən isə "Xəzər-Lənkəran"-da çıxış edirəm?", - bunu Ağayev azerisport.az saytına dedi.
