12 oktyabr 2010 23:36
Emre: Yığmadan gedirəm (YENİLƏNDİ)
Türkiyə yığmasının kapitdanı Emre Belezoğlu AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan ilə oyundan sonra (0:1) bildirdi ki, millidə karyerasını seçmə mərhələdən sonra bitirmək qərarını verdi. "Bu qərarı final fitindən sonra qəbul etdim. Ola bilsin ki, qərar mənfi emosiyalarla bağlıdır. Mən hələ də ailəm və məşqçilər korpusu ilə söhbət etməliyəm. Mənim nə 25, nə 26 yaş deyil ki, kiminsə təzyiqini öz üzərimdə hiss edim. Son qərarı daha sonra verəcəm. Hazırda isə hesab edirəm ki, getmək lazımdır", - azerisport.az xəbər verir ki, bunu Emre dedi.
