12 oktyabr 2010 00:01
"Azərbaycan zəif rəqib deyil"
Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener azerisport.az saytına Azərbaycan yığması ilə qarşıda gələn oyunla bağlı öz fikirlərini bildirdi.
"Bilirik ki, Azərbaycan zəif rəqib deyil. Əvvəlcədən bilirdik ki, çətin olacaq. Ümumiyyətlə bizim qrupda asan oyun olmayacaq. İlk dörd qarşılaşmada 100-faizlik nəticə əldə etmək istəyirdik, lakin almanlardan məğlubiyyət hər şeyi korladı. İndi heç olmasa Azərbaycanı məğlub etməliyik. Və bundan sonra martda keçiriləcək görüşılərə hazırlaşmalıyıq. Türkiyə yığması Avropa çempionatında gedməlidir", - TFF prezidenti dedi.
Özgener həmçinin Bakıdan da danışdı: "İlk dəfə deyil ki, Bakıya gəlirəm. Ancaq indi bu şəhər mənim lap çox xoşuma gəlir. Həmçinin bizə göstərilən dəstək də mənim xoşuma gəldi".
