12 oktyabr 2010 00:02

Millimizin türk sınağı, yoxsa biyabırçılığın sonu?

Sabah Azərbaycan yığması Türkiyə ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində görüşəcək. Azerisport.az xəbər verir ki, həm Azərbaycan, həm Türkiyə son görüşlərində 0:3 hesablı məğlubiyyətlə üzləşdi.

Əlbətdə ki, bu cür acı məğlubiyyətdən sonra hər iki komanda qələbə istəyir. Türklər Berlindən sonra çox hirslidir. Onlar ancaq və ancaq qələbə qazanmağı düşünür. Lakin bizim yığmamız da qələbə arzusundadır.
 
Etiraf etmək lazımdır ki, bu seçmə mərhələni millimiz çox pis başladı. Misal üçün ötən mövsümdə ilk görüşlərimiz Uels və Lixtenşteyn komandaları ilə olub. Bu dəfə isə Almaniya və Avstriya. Yəgin ki, fərq hiss olunur. Əlbətdə, bu tam mənada iki oyunda 9 buraxılmış topa haqq qazandirmir. Amma açığı deyək ki, qrupun ilk oyununu son DÇ-də 3-cü yerin sahib olmuş Almaniya ilə keçirmək o qədər də asan bir məsələ deyil. Digər tərəfdən müsbət nəticədə var: yığmamız heç olmasa qol vura bilib – bu da bir növ nailiyyətdir.
 
Tam əminliklə demək olar ki, qarşıdaki oyunda biz təmamiylə başqa yığmamızı görəcəyik. Yəni, oyun baxımından. Hər bir futbolçumuz anlayır ki, öz doğma divarlar arasında və azərkeşlər qabağında heç olmasa layiqli oyun göstərmək lazımdır. Almaniya və Avstriya ilə oyunlar tam fərqli alındı. Avstriya ilə görüşdə, əsasən ilk yarıda top bizim nəzarətimiz altında daha çox olurdu. Ancaq nədənsə hər iki oyunda hücuma keçmək problemi ilə üzləşirdik. Bu nöqsanı, sözsüz ki, məşqçilər aradan qaldırmalıdır. Amma futbolçular da bir şeyi etməlidir. Və bu məsələ çox vacibdir: Almaniya və Avstriya ilə oyunları unutmaq. Və təkcə sözdə yox. Bu acı məğlubiyyətin yükü futbolçularımız üzərindədir. Ola bilsin ki, onların söylədiklərində bu görsənməsin, ancaq bu belədir. Bu məğlubiyyətləri unutmaq lazımdır ki, çünki qarşıda hələ də oyunlar var.
 
Vaqif Cavadov öz müsahibəsində düz dedi: "Qarşımızda qrupdan çıxmaq məqsədi qoyulmuyub". Və bunu unutmaq lazım deyil. Sözsüz ki, hər bir idmançı qələbə qazanmaq istəyir. Lakin biz öz indiki real gücmüzü görməliyik. Bəli, almanlara və avstriyalılara məğlub olduq. Amma qarşıdaki oyun fərqli ola bilər.
 
Hardasa 70 faiz əminliklə söyləmək olar ki, türklər erkən qol vurmaq üçün ilk saniyələrdən hücuma keçəcəklər. Və bunu başa düşmək olar. Bizim yığmamız hissənin əvvəlində və sonunda vurulan qolları çox pis qəbul edir.
 
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin bir il ərzində Bakıya ikinci gəlişidir. Keçən dəfə o paytaxtımıza Rusiya yığması ilə buyurmuşdur. Demək olmaz ki, Hiddink o səfərdən razı qaldı. İndi o yığmamızdan daha çox ehtiyatlanır. Və o çox yaxşı başa düşür ki, əgər Türkiyə komandası vətənə xal itkisi ilə qayıdacaq, o zaman onu çox güclü tənqid atəşinə tutacaqlaq.
 
Ümumiyyətlə hazırda millimizin müsbət və mənfi tərəflərinə o qədər də toxunmaq istəməzdik. Qoy bunu bizə sabahki oyun göstərsin. Tam əminliklə demək olar ki, qarşıda bizi çox maraqlı və çox gərgin oyun gözləyir. Və bu oyun necə nəticələnəyi əvvəlcədən demək çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.