12 oktyabr 2010 00:06
Yığmamız AÇ-nı heç-heçə ilə başladı
Azərbaycanın gənclərdən ibarət yığması (U-19) Avropa çempionatının seçmə turnirin qrup mərhələsinin ilk oyununu keçirdi. Azerisport.az xəbər verir ki, yığmamız ilk görüşdə Portuqaliya komandası ilə qarşılaşaraq, onunla heç-heçə etdi – 2:2. Qeyd edək ki, millimiz heyətində qolları Mirhüseyn Seyidov və Tural İsgəndərov vurub.
