12 oktyabr 2010 00:10
Bernhard Lippert: Rəqibin arxasınca qaçmalı olduq
Avropa çempionatının 19 yaşadək futbolçulardan ibarət komandalar arasında ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. "Oyunun ilk iyirmi dəqiqəsində rəqibə oynamaq imkanı vermədik və 2 qol vurduq. Fasilədən sonra topu özümüzdə saxlaya bilmədik. Belə demək mümkünsə, rəqibin arxasınca qaçmalı olduq və nəticədə xeyli güc itirdik. Son 15 dəqiqə isə tam olaraq Portuqaliya yığmasının üstünlüyü ilə keçdi", - azerisport.az xəbər verir ki, bunu Lippert dedi.
Mənbə: AFFA
