12 oktyabr 2010 12:09
Türkiyə Azərbaycanla oyuna çıxacaq əsas heyəti açıqlayıb
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyuna əsas heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, əsas heyətdə yer alacaq futbolçular bunlardı: Volkan Demirel, Gökhan Gönül, Servet Çetin, İbrahim Toraman, Hakan Balta, Həmit Altıntop, Selçuk İnan, Emre Belezoğlu, Nuri Şahin, Tuncay Şanlı, Semih Şentürk.
