12 oktyabr 2010 12:44
"Azərbaycan öz vəziyyətini düzəltmək istəyir"
"Bakı" və İstanbulun "Galatasaray" klublarının keçmiş baş məşqçisi Bülənt Korkmaz AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Türkiyə oyunu ilə bağlı azerisport.az saytına fikirlərini bildirdi.
"Hər iki komanda sona oyununda 0:3 hesablı məğlubiyyətlə üzləşib. Bunu nəzərə alaraq güman etmək olar ki, qarşıda bizi maraqlı oyun gözləyir. Əminəm ki, Türkiyə ilk dəqiqələrdən hücuma keçəcək", - Korkmaz dedi.
Onun sözlərinə görə, bu oyun Türkiyə üçün çox çətin olacaq: "İlk iki oyunda Azərbaycan məğlub olub. Və indi yığmanız bu vəziyyəti düzəltmək istəyir. Həmçinin komandanız evdə oynayır və bununla da üstünlüyə malikdir".
