13 oktyabr 2010 13:16
De Standaard: Azərbaycanlılar Belçikaya yardım əlini uzatdı
Belçikanın De Standaard nəşri AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Türkiyə oyunundan sonra bu görüşlə bağlı öz fikirlərini bildirdi. "Sürpriz nəticə göstərən azərbaycanlılar bizə yardım əlini uzatdı. Türkiyəni məğlub edən futbol cırtdanı bizim üçün qrupdan çıxmaq şansımız çox yüksəltdi", - azerisport.az xəbər verir ki, De Standaard nəşrində bildirilir.
