13 oktyabr 2010 14:01
Türkiyə mətbuatı: Berti Foqts azərbaycanlılara çox şey oyrətdi
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Türkiyə oyunundan sonra qardaş ölkənin mətbuatı qeyd edir ki, Azərbaycanla oyunda erkən qol vurmaq lazım idi. "Azərbaycan sərt futbol oynayan, çox hərəkət edən və rəqibin oyununu pozan bir komandadır. Berti Foqts onlara çox şey oyrətdi. Əgər bu yığmaya erkən qol vurmaq olmursa, o zaman onlar oyun və mənəvi cəhətdən daha da güclənir", - azerisport.az xəbər verir ki, bunu Türkiyə mətbuatı bildirir.
