13 oktyabr 2010 14:20
"Azərbaycan seçmə mərhələnin əsas sensasiyasını bağışladı"
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə oyunu (1:0) Rusiya mətbuatından da yan keçmədi. "Kamran Ağayev qapısını qüsursuz qoruyurdu. Demək olar ki, tribunalarda "Azərbaycan" və "Kamran" səsləndirilirdi. Ev sahibləri sınmadı və qələbə hesabını qoruyub saxlayaraq, hələ ki seçmə mərhələnin əsas sensasiyasını bağışladı. Lakin irəlidə hələ də oyunlar var. Və kim bilir, ola bilsin ki, azərbaycanlılar bundan da çox sürpriz bağışlayaraq, A qrupunu turnir cədvəlindəki vəziyyətinə öz təsirini edəcək", - azerisport.az xəbər verir ki, bunu Gazeta.ru saytı qeyd edir.
