13 oktyabr 2010 14:50
"Azərbaycanlılar" məğlub oldu
Azərbaycanın "Neftçi" klubunun futbolçuları İqor Mitreski, Slavço Qeorqiyevski və "İnter"-in oyunçusu Filip Despotovski Makedoniya yığmasının heyətində AVRO-2012-nin seçmə mərhələsində Rusiya komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, həmin görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatdı. Qeyd edək ki, 78-ci dəqiqədə Despotovski Qeorqiyevski ilə əvəzləndi, Mitreski isə meydançada 90 dəqiqə keçirdi.
