13 oktyabr 2010 15:15
"Türkiyənin Azərbaycana məğlub olması bizi təəccübləndirdi"
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv etiraf etdi ki, Azərbaycanın Türkiyə üzərində AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində əldə edilən qələbəsinə şaddır. "Türkiyənin Azərbaycana məğlub olması bizi təəccübləndirdi. Berlindəki məğlubiyyətdən sonra türklər daha hirsli olmalı idi. Lakin, onların məğlub olmaları bizim üçün çox yaxşı oldu", - azerisport.az xəbər verir ki, bunun Löv Almaniya mətbuatına bildirdi.
