13 oktyabr 2010 15:39
"Foqts Hiddinkin türklərini meydandan silib-süpürdü"
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə oyunundan sonra (1:0) Almaniya mətbuatı öz fikirləri ilə bölüşdü. "Berti Foqts hollandiyalı baş məşqçi Qus Hiddinkin türklərini meydandan silib-süpürdü. Almanya ilə oyunda 3:0 məğlub olan Türkiyənin heyətində Qus Hiddinkin 5 dəyişiklik etməsi heç bir şey gətirmədi", - azerisport.az milli.az saytına istinadən xəbər verir ki, bunu Almaniya mətbuatında qeyd edilir.
