13 oktyabr 2010 16:39
Sport1: Azərbaycan Türkiyəni rəzil etdi
Azerisport.az xəbər verir ki, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə oyunundan sonra (1:0) Almaniya mətbuatı bu görüşlə bağlı öz fikirlərini bildirdi. "Berti Foqts Türkiyəni rəzil etdi. Alman məşqçinin rəhbərlik etdiyi Azərbaycan millisi böyük qardaşı Türkiyəni məğlub edərək, böyük bir sürprizə imza atdı. Berti Foqts oyundan əvvəl "sürpriz edəcəyik" dedi və komandası onun sözlərini təsdiqlədi. Azərbaycanda böyük bir sevinc var".
Mənbə: Sport1
