"Türkiyənin dost Azərbaycana səfəri əsl dəhşətə çevirildi"
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə oyununu (1:0) Rusiya mətbuatı müzakirə etməyə davam edir. "Türkiyənin dost Azərbaycana səfəri əsl dəhşətə çevirildi. Hiddinkin komandası ardıcıl olaraq ikinci məğlubiyyətlə üzləşdi. Qonaqlar topa daha çox sahib çıxırdı, Altıntopun zərbəsi üst dirəyə tuş gəldi, digər epizodlar da yarandı. Lakin oyunun bu cür gedişatı türkləri sakitləşdirdi. Və ilk yarının bitməsinə 6 dəqiqə qalanda, Azərbaycan fenomenal "kornerdən" sonra hesabı açır. İkinci hissə də isə hər iki komanda fərqlənə bilərdi. Amma meydan sahiblərinə ustalıq çatışmırdı, qonaqlar isə Kamran Ağayevin gözəl oyunu ilə üzləşdi. Və nəticədə Foqts Hiddink üzərində qələbə qazandı", - azerisport.az xəbər verir ki, bu Rusiya mətbuatında qeyd edilir.
