14 oktyabr 2010 00:00
Yığmamız məğlub oldu
Bu gün Avropa çempionatının (U-19) seçmə mərhələsinin 3-cü qrupu çərçivəsində ikinci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, yığmamız minimal hesabla Yunanıstan komandasına məğlub oldu – 0:1. Yeganə vurulan qolun müəllifi Buqaidis oldu. Qrupun digər oyununda Portuqaliya Gürcüstanı darmadağın etdi – 3:0.
Xatırladaq ki, ilk turda Azərbaycan – Portuqaliya görüşü heç-heçə ilə nəticələndi (2:2), Gürcüstan isə yunanları məğlub etmişdir (1:0).
