13 oktyabr 2010 00:05
Qus Hiddink: Bu gün Azərbaycan çox güclü oynadı
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirilən oyundan sonra (0:1) bildirdi ki, bu məğlubiyyətə baxmayaraq komandanı tərk etmək niyyətində deyil.
"Getmək niyyətim yoxdur. Bu gün Azərbaycan çox güclü oynadı. Əgər bu cür oyunu davam etdirsə, hər bir komandadan xal ala bilər. Ümid edirəm ki, azərbaycanlılar daha çox sürpriz bağışlayacaq", - azerisport.az xəbər verir ki, bunu Hiddink dedi.
