13 oktyabr 2010 00:10

Azərbaycan sayağı qələbə və Hiddinkin Bakı sindromu

Nəhayət ki bu baş verdi. Azerisport.az xəbər verir ki, AVRO-2012-nin seçmə mərhələsinin çərçivəsində Azərbaycan yığması öz ilk (və ümid edək ki, yeganə olmayacaq) qələbəsini qazandı.

Sonuncu dəfə millimiz doğma meydanda rəsmi oyunlar çərçivəsindəki qələbəsini Finlyandiya ilə 2007-ci ildə keçirilən oyunda görüb. Həmin görüş də 1:0 hesabı ilə bizim xeyirimizə bitmişdir. Bu dəfə isə Finlyandiyadan daha güclü rəqib – Türkiyə yığması idi. İlk dəqiqədən demək olardır ki, oyun maraqlı və gərgin alınacaq. Düzdür, nəticədə gərginlik daha çox idi. Lakin əminliklə söyləmək olar ki, oyun heç kəsi yuxuya salmadı. Əlbətdə türklər qələbə dalınca gəlmişdir. Və əlbətdə hesab edirdilər ki, bu qələbə asancasına əldə olunacaq. Amma bu belə olmadı. Buna görə iki amilə minnətdarlıq bildirmək olar - əzmkarlıq və bəxtə! Əzimkarlıq – oyun boyu, bəxt – oyunun sonunda. Demək olmaz ki, Türkiyənin bəxti gətirmədi. Təkcə ikinci yarıda hesab 3:0 ola bilərdi. Ancaq indi buna kimdi baxan? 1:0 yoxsa 3:0 - əsas odur ki, hesab Azərbaycanın xeyirinədir.
 
Lakin bütün eyforiyaya baxmayaraq, komandamızda ciddi nöqsanlar da var idi. Əsasən də müdafiənin mərkəzində. Elə məqamlar olurdur ki, türklər sakitcə müdafiəni yararaq, Kamran Ağayevin qarşısında peyda olunurdu. Yenə də hücum quruluşunda komanda bəzi çətinliklərlə üzləşirdi. Ancaq ötən iki oyunla müqayisə etsək, bu dəfə hücum xətti daha yaxşı görünürdü. Xüsusən Vüqar Nadirovu qeyd etmək olar. Düzdür, bu oyunda da onun tələsik hərəkətləri öz sözünü deyirdi, lakin Türkiyənin sağ cinahı ondan çox əziyyət çəkdi. Əsasən sürət baxımından. Kamrana isə ayrıca alqışlar. Bu qələbə onun adınadır. Çünki Kamranın etdiyi seyvlər türkləri bir növ şoka salırdı. Sanki qapıda insan yox, pələng dəyanırdı. Bəzi epizodlarda nümayiş etdirdiyi reaksiyası hamını heyran edirdi. Afərin, Kamran! Lakin buna baxmayaraq, yenə də künc ötürmələri zamanı mövqeyini hərdən itirdi. Yaxşı ki türklər bizim futbolçularımızdan o qədər də uca deyil. Qola gəldikdə isə... Əsl "Azərbaycan mətbəxi"! Küncdən sevimli Azərbaycan sayağı ötürmə və nəticədə – millimizin kapitanı, müdafiənin lideri Rəşad Sadıqov zərbə endirərək, hesabı açır.
 
Hiddink üçün isə Bakı bir sindroma çevirilib. Artıq ikinci dəfədir ki hollandiyalı mütəxəssis Azərbaycan yığması ilə Bakıda qarşılaşır. Və ikinci dəfədir ki, qələbə qazana bilmir. İndi Türkiyənin "teknik direktörü"-nün yığmadaki gələcəyi böyük sual altındadır.
 
Oyundan sonra millinin baş məşqçisi Berti Foqts xahiş etdi ki, futbolçuları tərifləmiyək. Herr Foqts, sizin istəyinizi başa düşmək olar və başa düşülür. Heç kəsə sirr deyil ki, elə futbolçularımız var ki hər bir tərifdən sonra özlərini dünya səviyyəli ulduz hesab edir. Digər tərəfdən, indi bu barədə düşünmək lazım deyil. Çünki yığmamızın seçmə mərhələdəki növbəti görüşü artıq gələn il Belçika ilə səfərdə baş tutacaq. Və məhz həmin qarşılaşmadan sonra söyləmək olar ki, Türkiyə üzərində qələbə komandamıza necə təsir etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.