13 oktyabr 2010 12:22
"Türkiyəyə daha böyük hesabla qalib gəlməli idik"
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Türkiyə ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra (1:0) azerisport.az saytına öz fikirlərini bildirdi. "Daha böyük hesabla qalib gəlməli idik. Yaranan vəziyyətlərdən istifadə edə bilmədik. Mən özüm də təkbətək çıxışda qol vura bilmədim. Bu cür qələbədən sonra imkan olduğu qədər qələbə qazanmaq istəyirsən", - Abışov dedi.
