13 oktyabr 2010 12:45
Aleksandr Çertoqanov: Layiqli qələbə qazandıq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov Türkiyə ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra (1:0) azerisport.az saytına öz fikirlərini bildirdi. "Almaniya və Avstriya komandalarında aldığımızı böyük hesablı məğlubiyyətlərdən sonra azərkeşlər qarşısında bəraət qazanmaq istəyirdik. Bu oyun ciddi hazırlaşmışdıq və layiqli qələbə qazandıq", - Çertoqanov dedi.
