14 oktyabr 2010 14:12
Türkiyə mətbuatı: Kimsə buna görə cavab verməlidi
Türkiyə mətbuatı Azərbaycana məğlub olması ilə bağlı yığmanın baş məşqçisi Qus Hiddinki tənqid atəşinə salıb. Azerisport.az xəbər verir ki, Fotomac nəşri "Kimsə buna görə cavab verməlidi" yazır. Sabah qəzeti isə daha sərt formada yazdı: "Yığmamız 30 il əvvəl olduğu yerə qayıdıb".
Xatırladaq ki, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan Türkiyə üzərində 1:0 hesablı qələbə qazanıb.
