14 oktyabr 2010 14:46
Kamran Ağayev dörd oyunluq cəzası haqqında
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev 4-oyunluq diskvalifikasiyası ilə bağlı azerisport.az saytına danışdı. "İstərdimki, bu cəzanı dörd oyunudan iki oyuna qədər azaldsınlar. Rəqibi bilərəkdən vurmadım və qanuna görə mənə iki oyunluq cəza düşür. Artıq AFFA rəhbərliyinə müraciət etmişəm. Cavabı gözləyirəm. Bu təkcə mənə və klubuma yox, milli komandamıza da lazımdır", - Ağayev dedi.
