14 oktyabr 2010 15:17
Saşa Yunisoğlu: Oyundan öncə qələbəyə o qədər də inanmırdıq
Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə keçirilmiş oyundan sonra (1:0) azerisport.az saytına öz fikirlərini bildirdi. "Qələbə qazanmaq istəyirdik. Almaniya (1:6) və Avstriya (0:3) komandalarından böyük hesablı məğlubiyyətdən sonra bizə qələbə lazım idi. Əgər nəzərə alsaq ki, bu ilk ev oyunumuz idi bu çox yaxşı nəticədir. Həmçinin, azərkeşlər qabağında bəraət qazanmalı idik", - Yunsioğlu dedi.
Onun sözlərinə görə, oyundan öncə qələbə qazanacaqlarına o qədər də inanmırdılar: "Amma oyun zamanı biz buna inandıq. Xüsusən də vurulan qoldan sonra. Biz yalnız qol buraxmamalıydıq. Əlbətdə bu asan məsələ deyil idi. Lakin bunu edə bildik".
