14 oktyabr 2010 15:42
AVRO-2012-nin keçirilməsi təhlükə altındadır
Ukraynanın Ətraf Mühit Mühafizəsi Nazirliyi bəyan etdi ki, Lvov vilayətində ekoloji fəlakət baş verə bilər. Azerisport.az xəbər verir ki, AVRO-2012-nin final mərhələsi oyunları bu vilayətdə də keçirilməlidir.
Nazirliyin məlumatına görə, söhbət "Lvov neft-yağ tədqiqat zavodu" MMC-dən gedir. Bu müəssisə artıq 30 ilə yaxındır ki öz tullantılarını yerli su rezervuarlara boşaldır. "Yüksək risk ərazisi AVRO-2012-nin oyunları keçiriləcək Lvovdan 10 km məsafəsindədir. Bu cür obyektin olması Avropa çempionatının keçirilməsini təhlükə altına qoyur", - nazirliyin məlumatında bildirilir.
Mənbə: RİA-Novosti
