14 oktyabr 2010 16:34
Arif Əsədov: Növbəti mərhələyə çıxsaq erkən final baş tutacaq
Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun püşkü ilə bağlı azerisport.az saytına öz fikirlərini bildirdi. "Təəssüflər olsun ki, bu bizdən asılı deyil. Gözləmirdik ki, artıq 1/4 finalda "Xəzər-Lənkəran"-la qarşılaşacayıq. Onlarla finalda görüşmək daha yaxşı olardı. Lakin hər halda heç bir problem olmayacaq. Ancaq XL-a qədər biz "Şahdağ" – "Gəncə" cütlüyünün qalibini məğlub etməliyik. Əgər növbəti mərhələyə çıxa bilsək, demək olar ki, erkən final baş tutacaq", - Əsədov dedi.
