14 oktyabr 2010 17:10
Şenol Güneş: Son nəticələrə nəzər salaraq, məyus olmamalıyıq
Türkiyənin futbol tarixində yığma ilə ən böyük nailiyyət əldə edən və "Trabzonspor" klubunun baş məşqçisi Şenol Güneş hesab edir ki, əgər Türkiyə millisi Belçika və Avstriya komandalarını məğlub edə bilsə, o zaman qrupdan çıxmaq şansını artıra biləcək. "Baxmayaraq ki, birinci yer uğrunda şans olmasa da, ikinci yeri tutmağ üçün fürsət var. Son nəticələrə nəzər salaraq, məyus olmamalıyıq. Əgər Almaniya ilə heç-heçə, Azərbaycanı isə məğlub etsəydik, onda başqa cür fikirləşəcəydik. Türkiyənin qrupdan çıxmaq üçün şansı var", - azerisport.az xəbər verir ki, bunun Güneş dedi.
