14 oktyabr 2010 17:32
Qol vurdu – "infarkt" oldu (VİDEO)
Arqentinanın "Velez Sarsfield" klubunun futbolçusu Santyaqo Silva "Colon" komandası ilə görüşdə (6:0) ilk qolunu qeyri-adi bir tərzdə qeyd etdi. Azerisport.az xəbər verir ki, qolu bayram edərkə Silva yerə yıxılaraq, ürək tutmasını təsvir etdi. Onun komanda yoldaşları isə ilk tibbi yardım işçilərinin rolunu oynadı. Maraqlıdır ki, ehtiyat skamyada oturan futbolçu və məşqçilər bu tamaşanı reallıq kimi qəbul etdi. Qeyd edək ki, Silva bunu hansı səbəbdən etdiyi bilinmir.
