14 oktyabr 2010 18:06
Vinfrid ŞEFER: Türklər hər uğursuz epizoda görə hirslənirdilər, söyüş söyürdülər
Azerisport.az "Bakı" klubunun baş məşqçisi Vinfrid Şeferin AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə oyundan sonra (1:0) müsahibəsini təqdim edir.
Oyun zamanı siz stadionda idiniz?
Əlbətdə. Bunun böyük əhəmiyyəti var idi. Foqtsun komandası oynayırdı.
Azərbaycanın qələbə əldə etməsinə təəccübləndiniz?
Belçika və Almaniya ilə oyunlar göstərdi ki, Türkiyə üçün Bakıda çətin olacaq. Aydın idi ki, əgər azərbaycanlılar bu görüşdə ürəydən oynasa, o zaman qalib gələ bilərlər. Nəticədə məhz bu baş verdi.
Türkiyəyə nə çatmırdı?
Yalnız 10 dəqiqədən sonra onlar oyunu öz nəzarəti altına götürə bildi. Lakin bundan başqa heçnə edə bilmədilər. Türklər çox çılğın idi. Hər uğursuz epizoda görə hirslənirdilər, söyüş söyürdülər. Türkiyə qardaş döyüşün uduzdu.
Qardaş döyüşünü?
Ölkələr arasında sıx münasibətlər var. Azərkeşlər hər iki himni oxudu. Belə bir şey heç yerdə görməmişdim. Türk azərkeşlərinin əllərində Azərbaycan bayrağını görürdüm. Heç bir bölünmə yox idi.
Beynəlxalq oyun üçün təəccüblü mənzərə idi.
Bakıda siz Türkiyənin ilk prezidenti Mustafa Kemal Atatürkün büstünü görə bilərsiniz. Mən bilirdim ki, iki ölkə arasında dost münasibətləri var. Lakin hesab etmirdim ki, bu qədər də səmimi və mehriban.
Oyunun nəticəsi böyük sürpriz oldu. Azərbaycan mətbuatı buna necə reaksiya göstərdi?
Bu böyük bir hadisədir. Kabinetimdə otururaraq, oyunun epizodlarına televiziyada gün ərzində bir neçə dəfə baxa bilərəm. Görüşdən öncə isə hər şey başqa cürə idi. Foqtsu stadionda fitə basırdılar. Bu gün isə elə ola bilər ki, onunla müqavilə uzadılsın. Bu futbol həyatıdır.
Almaniyalı mütəxəssisin rəhbərlik etdiyi Azərbaycan yığmasının qələbəsini necə qəbul etdiniz?
Əcnəbi məşqçilər üçün bu cür qələbə vacibdir. Berti göstərdi ki, ardıcıl "made in Germany" işi uğurludur. İndi biz rahatca çalışa bilərik.
Oyundan sonra Bakıda nə baş verirdi?
Şəhərdə əsl teatr idi. Avtomobillər siqnal verirdi, hər kəs bayram edirdi. Hamının əla əhval-ruhiyyəsi var idi. Mənim klubumun prezidenti o dərəcədə sevinirdi ki, hər kəsi qucaqlayırdı
Mənbə: 11freunde.de
