14 oktyabr 2010 00:09
"Şok, şok, şok!"
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Türkiyə oyunu barəsində (1:0) Almaniya mətbuatı öz fikirini bildirib. "Şok, şok, şok. Türkiyə milli komandası rəzil oldu. Pis oyun göstərən Türkiyə Azərbaycan səfərində 1:0 məğlub oldu. Qrupda ilk üç xalını qazanan və Türkiyə millisinə qarşı ilk qələbəsini əldə edən Azərbaycan Almaniyanın çörəyinə yağ çəkdi", - azerisport.az xəbər verir ki, bu barədə RTL TV bildirdi.
