14 oktyabr 2010 00:37
Runi Ronaldonun etdiyini təkrarlamaq istəyir
İngiltərənin "Manchester United" klubunun hücumçusu Ueyn Runi qış fasiləsində digər komandaya keçə bilər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi forvardla ayrılmaq niyyətində deyil idi. Lakin maliyyə səbəblərinə görə bu variant nəzərdən keçirilir. Futbolçuya əsas namizəd Madridin "Real" klubu sayılır. "Kral klubunun" baş məşqçisi Joze Mourinyo İspaniya mətbuatına verdiyi açıqlamada bildirdi ki, Runini komandasında görmək istərdi. Xatırladaq ki, Runinin MU ilə müqaviləsinin müddəti 2011-ci ili yayında bitəcək.
Mənbə: AS
