14 oktyabr 2010 12:51
"Hiddinkin ardıcıl olaraq ikinci dəfə məğlub olması məni təəccübləndirdi"
Rusiya yığmasının hücumçusu Andrey Arşavin AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın Türkiyəyə qalib gəlməsi barəsində (1:0) öz fikirlərini bildirdi. "Hiddinkin ardıcıl olaraq ikinci dəfə məğlub olması məni təəccübləndirdi. Mənə elə gəlirdi ki, türklər Azərbaycanda qələbə qazanmalı idi. Sürprizlər kifayət idi. Təkcə estoniyalılar səfərdə Serbiyanı məğlub edir, sonradan isə evdə Sloveniyaya məğlub olur. Bu bir daha sübut edir ki, hər kəs sürpriz etməyə qadirdir. Deməli, hər qələbəni qiymətləndirmək lazımdır", - azerisport.az xəbər verir ki, bunun Arşavin dedi.
Mənbə: Sport-Ekspress
