15 oktyabr 2010 13:16
Rail MƏLIKOV: Tribunaları görəndə başa düşdük ki, Türkiyəyə məğlub olmayacayıq
Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibə verdi.
Zədədən sonra özünüzü necə hiss edirsiniz?
Bir az bundan qabaq evə qayıdmışam. Millimiz Türkiyəni məğlub edən gecə xəstəxanada qaldı. Mənə sağalmağa kömək edən hər kəsə minnətdaram. İndi ayağım qipsdədir, bağlarım qırılıb və buna görə də 2-3 gün qipsdə gəzməli olacam. İki-üç həftə ev müalicəsinə gedəcək. Bunda sonra isə qaçışlara başlayacam.
Haçan bildiniz ki Azərbaycan qələbə qazandı?
Final fitindən dərhal sonra. Oyunu stadiondan izləyə bilməyəcəmi başa düşəndə, həkimlərdən xahiş etdim ki, radionu yandırsınlar. Uşaqlara bu qələbəyə görə təşəkkür edirəm. Bu qələbə mənə ağrıya tab gətirməyə kömək etdi. Həmçinin "Neftçi"-nin prezdenti Sadıq Sadıqov zənq etmişdir.
O axşam yığmanın uğur qazanmasının sirri nədən ibarət idi?
Meydana döyüşə çıxan əsgərlər kimi çıxdıq. Və onlardan biri də yaraıandı (gülür). Biz elə oynayırdıq ki, sanki sabah dünyanın sonudur. Başa düşürdük ki, bu oyundan sonra çox şey aydın olacaq. Köln və Vyanadaki oyunlardan sonra çoxlu tənqid aldıq. Buna görə də savaşmaqdan başqa heç bir şey qalmamışdı.
Vyana məğlubiyyətindən Bakı qələbəsinə kimi, yəni dörd gün ərzində yığmada nə dəyişdi?
Doğma divarlar, azərkeşlər kömək oldu. Hətta Vyanadaki məğlubiyyətdən sonra da onlar bizi tək buraxmadı. Tofik Bəhramov adına stadionun tribunalarını görəndə, başa düşdük ki, məğlub olmayacayıq.
Jurnalistlkərin tənqidi oyunçulara kömək edir?
Konstruktiv tənqid – edir. Bilirsiniz, hər oyundan sonra biz internetə girərək, baxırıq bizdən nə yazırlar.
Qola gətirən künc zərbəsini neçə dəfə hazırlıq zamanı məşq etmisiz?
Sizə bir sirr açım ki, belə künc zərbəsini məşq etməmişik. Ev hazırlıqları olur, lakin bunu yalnız oyun zamanı edirik. Biz bu cür standartdan sonra yayda "Beşiktaş"-ın qapısına yol tapmışdıq.
Türkiyə zəif oynadı yoxsa Azərbaycan güclü idi?
Bizim xoşumuza gəlmədi ki, Türkiyə yığmasının bəzi oyunçuları bizə yuxardan aşağı baxırdı. Onlara cavab verməli idik. Açığı deyim ki, oyundan qabaq biz heç-heçəyə də razı idik. Axı rəqib zəif deyil. Onlar AVRO-2012-nin final mərhələsinə çıxmaq uğrunda mübarizə aparır.
Bu seçmə mərhələdə bizdə birdən artıq qələbə qazanmağa şansımız var.
"Seçmə" ərzində bir qələbə artıq tarixdir. Beş xaldan çox yığmalıyıq. Biz buna qadirik. Həmçinin, Avstriyanı doğma divarlar arasında məğlub etmək arzumuz var. İnşallah, bu bizdə alınacaq.
