15 oktyabr 2010 14:26
"Rəşad Sadıqovun qoluna sevinməmək olmaz"
Türkiyənin "Eskişehirspor" komandasının baş məşqçisi Bülent Uyğun Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun klubdaki çıxışına toxundu. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uyğun Sadıqovu qarşıdaki "İstanbul Büyükşehir" klubu ilə oyuna buraxacaq."Hər şey Rəşadın hazırlıqından asılıdır. Əvvəlcədən nə isə demək istəmirəm. Lakin "İstanbul Büyükşehir"-lə görüşdə onu oyuna buraxmağa planlaşdırıram. O hazırdır və yığmanın oyununda bunu sübut etdi", - Uyğun dedi.
Həmçinin türkiyəli mütəxəssis Azərbaycanla oyun barəsində də danışdı: "Azərbaycan bizə qardaş ölkədir. Və oyun çox maraqlı idi. Adətən qolları forvadlar vurur. Lakin bu dəfə Sadıqov müdafiəçi kimi lazım olandan artıq etdi. Onun qolunu gördük. Fərqli hisslər yaşadım. Təəssüf ki, Türkiyə məğlub oldu. Amma Rəşadın qoluna sevinməmək olmaz".
