15 oktyabr 2010 14:47
Azərbaycanın rəqibi baş məşqçisiz qaldı
Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork tutduğu vəzifədən azad oldu. Azerisport.az xəbər verir ki, onun müqaviləsi ilin sonuna kimi nəzərdə tutulmuşdu. Lakin futbol federasiyası müqaviləni uzatmdaqdan imtina etdi. Artıq federasiya yeni baş məşqçinin axtarışındadır.
Xatırladaq ki, Qazaxıstan yığması AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan kimi A qrupunda yer alıb. Komanda ilk dörd oyunda dörd məlubiyyətlə üzləşib. Qeyd edək ki, bu oyunlardan üçü Astanada, yəni doğma divarlar arasında keçirilib.
