15 oktyabr 2010 15:54
Qarabağ yarımmüdafiəçisini itirdi
Azərbaycanın "Qarabağ" klubu ölkə çempionatının 9-cu turu çərçivəsində keçiriləcək "Simurq"-la oyuna hazırlığını davam etdirir. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abbasovun Azərbaycan millisinin heyətində Avstriya ilə oyununda aldığı zədə ciddi oldu. Yarımmüdafiəçi təxminən 20 gün ərzində futboldan kənar qalacaq. Həmçinin latviya millisinin son oyununda 90 dəqiqə oynamış Andrey Rubins də zədələnib. Samirdən fərqli olaraq latviyalının zədəsi elə də ciddi deyil.
