15 oktyabr 2010 16:27
Neftçi legioner axtarışındadır
Azərbaycanın "Neftçi" klubunun məşqçi-seleksiyaçısı Bəxtiyar Musayev bu gün Özbəkistana yola düşüb. Azerisport.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcədən planlaşdırıldığı kimi, Musayev Orta Asiya ölkəsində yerli çempionat oyunlarını izləyəcək.
Məşqçi-seleksiyaçının səfəri yollanmasında məqsəd Özbəkistan çempionatında oynayan səviyyəli futbolçuları qışda "Neftçi"-yə transfer etməkdir. Xatırladaq ki, məşqçi-seleksiyaçı ötən çempionatın gedişində də futbolçu seçimi ilə əlaqədar Braziliyaya getmişdi.
Qeyd edək ki, bundan sonra "Neftçi" rəsmilərinin Avropa ölkələrinə səfəri planlaşdırılır.
