15 oktyabr 2010 17:53

Qarşıdaki tur bizə nələr bağışlayacaq?

Artıq sabah Azərbaycan çempionatının 9-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, AVRO-2012-nin seçmə mərhələsinin oyunlarına görə yaranan qısa fasilədən sonra klublar yenidən çempionata qayıtdı. Qarşıdaki turda liderlər "Neftçi" və "Xəzər-Lənkəran" öz rəqiblərinin qonaqı olacaq. Turun ilk günündə isə üç oyun keçiriləcək: "Bakı" – MOİK, "Qəbələ" – "Muğan", AZAL – "İnter".

Son turda Vinfrid Şeferin komandası hələ vahid lider olan XL-ə məğlub olmayaraq, rəqibi birinci pillədən məhrum etdi. Həmin oyun həm mübahisəli hakimlik, həm də digər hadisələrlə yadda qaldı. Bir şey aydındır ki, MOİK-lə oyunda "Bakı" qələbəyə oynayacaq. Əlbətdə, əvvəlcədən nəsə demək o qədər də düzgün deyil. Lakin MOİK-in son oyunlarını nəzərə alsaq, əminliklə demək olar ki, "Bakı" bu oyunda qələbə qazanacaq. Ola bilsin bu görüşdə "bakılıların" yeganə rəqibi onlar özü olacaq. Söhbət yaradılan qol və ümumiyyətlə təhlükəli vəziyyətlərin istifadəsindən gedir. Əgər Şeferin hücüm xətti bu dəfə yaranan məqamlardan ağıllı istifadə edə bilsə, MOİK növbəti dəfə darmadağın ola bilər. "Hərbiçilərə" gəldikdə isə onların futbolunu başa düşmək bir az çətidir. Çempionata o qədər də pis futbolla başlamayan komanda, son dörd oyunda 14 qol buraxıb. Sanki antifutbolun təbliği ilə məşğuldur.
 
"Qəbələ" – "Muğan" oyunu da maraqlı alına bilər. Lakin nəzərə alsaq ki, "Qəbələ" öz meydanında oynayacaq, güman etmək olar ki, komanda qələbə arıyacaq. Toni Adamsın yetirmələri hələ ki stabil oyunla fərqlənmir. Ancaq son görüşlərin nəticəsi komandada müsbət proseslərin baş verməsindən danışır. Artıq xəttlərarası əlaqələr o qədər də pis vəziyyətdə deyil, oyunçular bir-birinə alışır. Həmçinin nəzərə alsaq ki, klubdan yığmaya gedən yeganə futbolçu Saşa Yunsioğlu idi, demək olar ki, komanda hazırlığını tam heyətdə və millilərin oyunundan yorğunluq hissi keçirməyən futbolçularla aparırdı. Bütövlükdə həm "Qəbələ", həm "Muğan" qeyri-stabil oyun nümayiş etdirir. "Radarlarda" irəlliləyiş müşahidə olunursa, Salyan təmsilçisində bu görünmür. Digər tərəfdən bu da bir növ stabillikdir. Ancaq oyun cəhətindən yaxşılaşdırılmalı məqamlar var.
 
AZAL və "İnter" görüşü turnir cədvəlində üçüncü yer uğrunda mübarizə baxımından təbii ki daha çox maraq doğurur. Hər iki kollektiv komanda oyununa daha çox üstünlük verir. Hər iki komanda bu qarşılaşmaya iki məğlubiyyətlə yaxınlaşır. Oyundan daha çox diqqət özünə "İnter"-in baş məşqçisi Kaxaber Sxadadzenin 5-oyunluq cəzasının bitməsi cəlb edir. Görəsən AZAL bu görüşdə sürpriz bağışlaya bilsə, Sxadadze bu dəfə kimi və ən əsası hansı dildə söyəcək? Xatırladarsınızsa, XL ilə oyunda gürcü Sxadaze rumıniyalı Mirça Redniki ingilis dilində söydü. Bəs görəsən azərbaycanlı Nazim Süleymanovun komandası ilə heç-heçə etsə və yaxud məğlub olsa, hansı dildən istifadə edəcək? Zulu? Çin? Bilmirik. Bəlkə qədim Şumer dilindən? Qızğın qanlı xəsiyyəti bir tərəfdə qoyaq və keçək oyundan qabaq komandaların heyətindəki vəziyyətə. Burada isə hansısa bir radikal dəyişikliklər baş verəcəyinə inanmaq çətindir. Maraq doğuran sual o qədər də çoxdeyil. Lakin maraqlıdır, görəsən bu dəfə də "təyyarəçilərin" bombardiri Qvidas Yuşka oyuna ehtiyat skamyasında başlayacaq?
 
Bazar günü isə bizi daha üç oyun gözləyəcək: "Turan" – "Neftçi", "Gəncə" – "Xəzər-Lənkəran" və "Qarabağ" – "Simurq".
 
Çempionatın autsayderlərindən danışaq. Yəni "Turan" və "Simurq" barəsində. Baxmayaraq ki, hər iki komanda son iki yeri öz aralarında bölüşdürür, Tovuz və Zaqatala təmsilçiləri təmamiylə fərqli oyun göstərir. "Turan" taktiki cəhətdən zəif görünür. Yarımmüdafiədəki boşluğlar hücuma meyli tam olmasa da amma "öldürür". Bunun üzərində ciddi çalışmaq lazımdır. Qarşıda çempionatın hazırki lideri "Neftçi" ilə oyun gözlənilir. Əgər paytaxt təmsilçisi bu oyuna tam hazır olsa, artıq indidən demək mümkündür ki, qələbə "Neftçi"-nin cibindədir. Çünki meydanın mərkəzi "neftçilərin" əlinə keçsə, "Turan" hücum etməyi unutmalı olacaq.
 
"Simurq" isə sanki taleyi hansısa bir hərəkəti ilə qəzəbləndirib. Çünki komandanın göstərdiyi oyun turnir cədvəlindəki yerini əks etdirmir. Baxmayaraq ki, komanda çox gəncdir, o daha uğurlu nəticələr əldə edə bilər. Sadəcə təcrübə çatışmır. Məhz bu nöqsan kollektivə oyun cəhətindən tam olaraq açılmağa imkan vermir. Elə ola bilər ki, yaxın görüşlərdə zaqatalalır daha çox qol vurmağa başlasın. Ancaq bunun əksi də ola bilər. Demək olar ki, bu nəticə baş məşqçi Cokiça Haciyevskidən o qədər də asılı deyil. Əminliklə söyləmək olar: komandaya bir az bəxt və təcrübə çatmır. Həmçinin qarşıdaki rəqibin – "Qarabağ" klubunun oyunçuların böyük əksəriyyəti öz yığma komandalarından yenicə qayıdıb və yorğunluq faktorunu istisna etmək olmaz. Üstə gəl Samir Abbasovun yoxluğu dayaq yarımmüdafiəçi mövqeyinə təsir edəcək. Həmçinin Andreys Rubinsin də kiçik zədəsi var. Qısa desək, bu amillər "Simurq"-un xeyirinə oynaya bilər.
 
"Gəncə" – XL oyununa gəldikdə isə böyük əminliklə bildirmək olar ki, bizi çox maraqlı və gərgin oyun gözləyir. Həm meydan sahiblərinə, həm qonaqlara xallar lazımdı. Və əgər Gəncə təmsilçisi heç-heç ilə razı ola bilərsə, XL-ı bu nəticə heç də qane edə bilməyəcək. Ötən turda "Bakı" ilə oyunda xal itkisinə məruz qalan lənkəranlılar bu dəfə bunu təkrarlamaq istəməz. Lakin burada bir məqam var – Kamran Ağayevin cəzası. Əgər oyuna qalan vaxt ərzində heç bir şey dəyişməsə (çətin ki dəyişsin), XL bu oyunda kapitanın xidmətlərindən istifadə edə bilməyəcək. Və nəzərə alsaq ki, 8 oyunda lənkəranlılar cəmi bir dəfə (sonuncu turda) qapısında qol görüb, Kamranın yoxluğu böyük bir itkidir. Amma digər tərəfdən millinin qapıçısı özü günahkardır. Əlbətdə, qapıçının futbol mentaliteti digər 10 futbolçudan fərqlənir. Ancaq Kamran unutmamalıdır ki, o həm də komandasının kapitanıdır və Sofroniyə qarşı etdiyi hərəkətlə pis nümunə verir. Bununla belə "Gəncə" rəqibin bu itkisindən istefadə edə bilər. Lakin unutmaq lazım deyil ki, lənkəranlılarda hələ müdafiə xətti də var. Və onu keçmək o qədər də asan bir iş deyil. "Gəncə" isə öz əzmkar və komanda oyunun davam etdirsə, XL-la çətin anlar yaşada bilər.
 
Həmçinin bombardirlərin mübarizəsinə də toxunmaq istərdik. Səkkiz turdan sonra 9 qolla "Neftçi"-nin forvardı Bahodir Nəsimov liderlir edir. Onun ardınca: Qvidas Yuşka (AZAL) – 5, Junivan Suares ("Gəncə") –  4, Samir Zərgərov ("Gəncə"), Jaba ("Bakı"), Baçana Sxadadze ("Simurq") və Uinston Parks (XL) – hərəyə 3 qol. Fikir verdiniz? 24-yaşlı Zərgərovdan başqa heç bir azərbaycanlı futbolçu yoxdur. Nəyə görə? Bu artıq başqa bir mövzunun sualıdır.
 
16 oktyabr
"Bakı" – MOİK
"Qəbələ" – "Muğan"
AZAL – "İnter"
 
17 oktyabr
"Turan" – "Neftçi"
"Gəncə" – "Xəzər-Lənkəran"
"Qarabağ" – "Simurq"
 
 
 
Komanda
O
Q
H
M
TF
X
1
Neftçi
8
6
1
1
15-2
19
2
XL
8
5
3
0
9-1
18
3
İnter
8
5
1
2
7-3
16
4
AZAL
8
4
2
2
9-6
14
5
Qarabağ
7
3
2
2
7-4
11
6
Gəncə
8
2
5
1
11-8
11
7
Qəbələ
8
3
1
4
6-7
10
8
Bakı
7
2
3
2
10-9
9
9
Muğan
8
2
3
3
6-7
9
10
MOİK
8
1
1
6
3-18
4
11
Turan
8
0
3
5
5-13
3
12
Simurq
8
0
3
5
5-15
3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.