15 oktyabr 2010 00:06
"Türkiyə yığması AVRO-2012-nin final mərhələsinə çıxa biləcək"
Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener bildirdi ki, yığmanın baş məşqçisi Qus Hiddink komandanın son uğursuz nəticələrinə baxmayaraq öz vəzifəsini tərk etməyəcək. Azerisport.az xəbər verir ki, Özgener əmindir ki, hollandiyalı mütəxəssisin rəhbərliyi altında Türkiyə yığması AVRO-2012-nin final mərhələsinə çıxa biləcək.
Xatırladaq ki, son görüşdə Türkiyə yığması Azərbaycana 0:1 hesabı ilə məğlub olub.
Mənbə: Milliyet
