15 oktyabr 2010 12:09
Rumıniyalı futbolçu XL`a keçir
Rumıniyanın "Steaua" klubunun yarımmüdafiəçisi Banel Nikolita qışda Azərbaycanın "Xəzər-Lənkəran" klubuna keçəcək. Azerisport.az xəbər verir ki, klublar oyunçunun transferi barəsində razılıq əldə edib. Rumıniya mətbuatı qeyd edir ki, vaxtı ilə 25-yaşlı futbolçu ilə "Real" maraqlanırdı. Rumıniya yığmasının heyətində Nikolita 30 oyun keçirib.
