15 oktyabr 2010 00:20
"Nəyə görə futbol dəryası Hiddink oyunçulara heçnə başa salmır?"
Türkiyə mətbuatı yığmanın baş məşqçisi Qus Hiddink maaşını nəyə görə aldığını sual verir. Azerisport.az xəbər verir ki, qardaş ölkəsi Hiddinkin seçdiyi oyun üslubundan da narazıdır. "Futbolçular başa düşə bilmir ki, nəyə görə məşqçi onları digər mövqeylərdə işlədir. Bəs niyə futbol dəryası Hiddink onlara heçnə başa salmır? Qus cibini milyonlarla doldurub. Onun xidmətlərini sadə Türkiyə vətəndaşların vergiləri ödəyir. Ölkəmizdə milyonlarla insan kasıblıq həddində yaşayır. Onlara necə başa salmaq olar ki, Azərbaycana məğlub olan məşqçi milyonlar alacaq? Cənab Futbol Federasiyasının prezidenti, biz istəmirik ki, bizi aldatsınlar".
Qonuşu ölkə mətbuatının məlumatına görə, Hiddink ildə 8 milyon avro alır. Son vaxtlar onun müqaviləsi müzakirə obyektinə çevirilib. Deputatlar Hiddink kim tərəfindən maliyyələşdirilir və hansı ölkəyə vergi ödədiyini müyyən etməyini tələb edir.
