15 oktyabr 2010 12:54
TFF prezidenti Azərbaycandan sonra öz vəzifəsini tərk edir
Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener ilin sonunda öz vəzifəsini tərk edəcək. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərarı TFF prezidenti Bakıdan Türkiyəyə qayıdışından sonra bildirdi. Özgeneri ittiham edirlər ki, o baş məşqçi vəzifəsinə Qus Hiddinki təyin edəndə səhv edib. Azərbaycana 0:1 hesablı məğlubiyyətdən sonra isə bu ittihamların sayı daha da artıb.
