16 oktyabr 2010 13:05
"İkinci Zidan" İngiltərədə çıxış edəcək
İngiltərənin "Chelsea" klubu İtaliyanın "Palermo" komandasının gənc istedadı Xavyer Pastore ilə maraqlandırdığını təsdiq etdi. Azerisport.az xəbər verir ki, "ikinci Zidanı" öz heyətində "Manchester City", "Barcelona", "Real" və "Milan" klubları da görmək istəyir. Məlumata görə, "əsilzadələr" 21-yaşlı arqentinalıya görə 50 milyon avro ödəməyə razıdır.
Mənbə: Datasport
