17 oktyabr 2010 00:07
Yığmamız Gürcüstanı darmadağın etdi (YENİLƏNDİ)
Bu gün Avropa çempionatının (U-19) seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması son oyununu keçirdi. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi Gürcüstan komandası oldu.
Millimiz 3:0 hesablı qələbə qazandı. Lakin Bernhard Lippertin yetirmələri elit raunda çıxa bilmədi, çünki Protuqaliya Yunanıstanla oyunda heç-heçə etdi. Xatırladaq ki, seçmə mərhələsində birinci oyunu yığmamız Portuqaliya yığmasına qarşı keçirib (2:2), ikinci oyunda isə Yunanıstana 0:1 hesabı ilə məğlub olub.
3-cü qrupun turnir cədvəli: Portuqaliya – 5 xal, Yunanıstan, Azərbaycan – hərəyə 4, Gürcüstan – 3.
