16 oktyabr 2010 19:42
Almir Hurtiç: Beş-altı futbolçumuz hələ də optimal formanı yığa bilməyib
Azərbaycanın "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç ölkə çempionatının 9-cu turu çərçivəsində "Qəbələ" ilə keçirlmiş oyunla bağlı (0:2) öz fikirlərini bildirdi. "İlk yarıda iki qol buraxmamalıydıq. Ümumiyyətlə bu ilk yarıda oynadığımız kimi oynamamalıyıq. İkinci hissədə daha yaxşı oyun göstərdik. Lakin 5-6 futbolçumuz hələ də optimal formanı yığa bilməyib", - azerisport.az xəbər verir ki, bunu Hurtiç dedi.
