16 oktyabr 2010 19:47
Toni Adams: Göstərdiyimiz oyun məni qane etmədi
Azərbaycanın "Qəbələ" klubunun baş məşqçisi Toni Adams ölkə çempionatının 9-cu turu çərçivəsində "Muğan" ilə keçirlmiş oyunla bağlı (2:0) öz fikirlərini bildirdi. "Nəticə məni qane etdi. Ancaq oyunumuz barəsində bunu deyə bilmərəm. Bu əsasən ikinci hissəyə aiddir. Artıq demişdim ki, futbolçuları bir həftəlik istirahətə buraxmışdım. Çalışacam ki, bir də bunu etməyim. Onlar ağırlaşıb qayıdıblar. Bu da hazırlığımıza təsir etdi.", - azerisport.az xəbər verir ki, bunu Adams dedi.
